XOCALI SOYQIRIMININ QURBANLARI QMİ-DƏ EHTİRAMLA YAD EDİLDİ

0

Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 30 illiyinə həsr edilən tədbir keçirilib. Din xadimlərinin, konfessiya təmsilçilərinin və Xocalı sakinlərinin iştirak etdiyi anım mərasimi Qurani-Kərimin tilavəti ilə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək 30 il öncə Xocalıda baş verənləri bəşəriyyət tarixində misli görünməmiş faciə adlandırıb. Xocalı soyqırımın dünyada tanıdılması istiqamətində dövlətimizin və konfessiya rəhbərlərinin gördüyü işlərdən söhbət açıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev ölkəmizdəki dini konfessiya rəhbərlərinin dünya dini liderlərinə, beynəlxalq təşkilatlara, parlamentlərə, dünya ictimaiyyətinə ünvanladığı müraciəti toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milih Yevdayev, Alban-udi xristian dini icmasının rəhbəri Robert Mobili, Bakıdakı Avropa Yəhudiləri dini icmasının rəhbəri Aleksandr Şarovski çıxış edərək dünya ictimaiyyətini Xocalı soyqırımına ədalətli və hüquqi-siyasi qiymət verməyə çağırıblar.

Xocalı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tacir Əzizov, şəhid ailəsinin üzvü Rəziyar Əliyeva çıxış edərək Xocalı qubanlarının xatirəsinə və şəhidlərin ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda Qafqaz Müsəlmanları İdarəsi adından Xocalı sakinlərinə  maddi yardım təqdim edilib.

QMİ mətbuat xidməti

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XOCALI SOYQIRIMININ 30-CU İLDÖNÜMÜ İLƏ BAĞLI HAZIRLIQ İŞLƏRİ YEKUNLAŞIB

Bakının Xətai rayonunun Xocalı prospektində "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı aparılan hazırlıq işləri yekunlaşıb....

Bağla