MƏKKƏDƏ AZƏRBAYCAN MƏHSULLARI SƏRGİLƏNİB

0

Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerli Ticarət Palatasının təşkilatçılığı ilə fevralın 22-26-da keçirilmiş beynəlxalq sərgidə 20-dən çox ölkə, o cümlədən Azərbaycan məhsulları nümayiş olunub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafi Agentliyindən (KOBİA) bildirilib.

Məlumata görə, Agentliyin dəstəyi ilə 8 sahibkarlıq subyektinin zəfəran və bal məhsulları, qurudulmuş meyvə, mürəbbə, kompot, çay, müxtəlif souslar, lavanda, kəlağayı və s. məhsulları təqdim edilib.

Həmçinin sərgidə KOBİA-nın yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜMUMDÜNYA MÜSƏLMAN ALİMLƏR ŞURASI UKRAYNA ÜÇÜN BƏYANAT YAYIB

Ümumdünya Müsəlman Alimlər Şurası, Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibənin dayandırılması üçün bəyanat yayıb.   Şuranın yaydığı yazılı bəyanatda, Rusiya...

Bağla