Ukrayna vətəndaşı Yana Yaburova Türkiyənin Antalya vilayətində İslam dinini qəbul edərək müsəlman olub.
Antalyanın Serik rayonunda baş verən ihtida mərasimində rayon müftisi İbrahim Keser, Yaburovaya İslam dini barədə məlumat verib.
Danışılanlara inandığını və qəul etdiyini deyən Yana Yaburova daha sonra müfti Keserle birlikdə kəlimeyi-şəhadət gətirərək müsəlman olub.
Müfti İbrahim Keser, adını Ayten olaraq dəyişdirən Yaburovaya hidayət sənədini təqdim edib və ona Qurani-Kərimlə dini kitablar hədiyyə edib.
Anadolu agentliyi