Amerika Birləşmiş Ştatlarında (ABŞ) 85 yaşlı rahibə Lenora Fisher kəlimeyi-şəhadət gətirərk İslam dinini qəbul edib.
Məlumata görə Fisher ötən həftə Türkiyə Diyanət komitəsinə bağlı Vaşinqton “Mövlana” məscidində qılınan cümə namazından sonra müsəlmanlığı qəbul.
Qeyd edək ki, 6 övladı, 14 nəvəsi və nəticələri olan Lenora Fisherin 4 övladı daha əvvəl İslam dinini qəbul ediblər.
Rahibənin müsəlman olduğu an məscidin sosial şəbəkəki rəsmi səhifəsində və You-Tube kanalında paylaşılıb və sürətlə yayılıb.