ANTALYA FORUMUNDA CƏNUB QAFQAZDA SÜLH PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUR

0

Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda panel müzakirələri keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edir.

Nazir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçılıq siyasəti həyata keçirməsi nəticəsində uzun illər Cənubi Qafqazda ciddi problemlərin olduğunu vurğulayıb.

C.Bayramov qeyd edib ki, 2020-ci ildə 44 gün davam edən müharibə nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad edib:

“Bundan sonra bölgədə yeni vəziyyət yaranıb. Azərbaycan dəfələrlə Ermənistana sülh sazişinin imzalanmasını təklif edib”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycanla Türkiyə Zəngəzur dəhlizinin inkişafı istiqamətində birgə səylər göstərirlər”

"Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında dövlətimizin başçısı İlham Əliyevin Türkiyəyə işgüzar səfəri oldu. Səfər çərçivəsində dövlət başçıları...

Bağla