Fransanın cənub qərbindəki Bordo şəhərinin yaxınlığındakı Pessak qəsəbəsində yerləşən məscid, radikal islamı təbliğ etdiyi iddiası ilə bağlanıb.
Bu barədə bəyanat yayan Cironda meriyası, radikal islamı təbliğ etdiyi və sələfi ideologiyanı yaydığı üçün Pessakdakı “Əl-Faruq” məscidinin 6 ay müddətə bağlandığını bildirib.
Bəyanatda həmçinin, Fransa qanunlarına riayət edilməməsi, terror aktlarının leqallaşdırılması, şəhadətin təşviq edilməsi yönündə məsciddə moizə oxunduğu iddia edilib. Bununla yanaşı məsciddə İsrailin əleyhidə nifrət nitqinin paylaşıldığı bildirilib.