Səudiyyə Ərəbistanı krallığı əcnəbi zəvvarlar və ümrə ziyarətçiləri üçün PCR, vaksinasiya və karantin məcburiyyətini ləğv edib.
Bu barədə Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat yayılıb.
Məlumatda, xaricdən gələn zəvvarların PCR, peyvənd və karantin tələbi olmadan hər cür viza ilə ölkəyə buraxılacağı qeyd edilib.
Harameyn Nazirliyi isə ölkədə vaksinasiya nisbətinin 99%-ə çatdığını, yoluxma nisbətinin isə 5%-dən az olduğunu bəyan edib.