Qlobal pandemiya səbəbindən iki il davam edən məhdudiyyətlərdən sonra Səudiyyə Ərəbistanı Məscidi-Haramda və Məscidi-Nəbəvidə ramazan ayı etiqafına izn verib.
Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinin xəbərinə görə, müəyyən ölçülər daxilində Məkkədəki Məscidi-Haramda və Mədinədəki Məscidi-Nəbəvidə ramazan ayında etiqafa girmək mümkün olacaq.
Bundan başqa məlumatda, icazə portallarının da yaxın günlərdə fəaliyyətə başlayacağı qeyd edilib.