ABŞ-ın Los-Angeles şəhərində Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatının 94-cü təqdimat mərasimi keçirilib.
Bu mərasimdə ilk dəfə müsəlman əslli aktyor “Ən yaxşı qısametrajlı film” nominasiyasinda mükafata layiq görülüb.
Pakistan aslli ingiltərəli aktyor Ris Əhməd “Uzun çəkən əlvida” (The Long Goodbye) filminə görə Oskar mükafatı əldə edib.
Mükafatını almaq üçün səhnəyə çıxan aktyor, “Bu mükafatı, heç bir yerə, heç bir ölkəyə aid olmadığını hiss edənlər üçün alıram. Tək deyilsiniz. Sizinlə orada, sülhün bərqərar olduğu gələcəkdə görüşəcəyik.” – deyib.
Qeyd edək ki, 13 dəqiqəlik filmin ssenarisini, filmin rejissoru Anil Karia ilə birlikdə Ris Əhməd özü yazıb. Aktyor filmdə irqçilik və nifrətlə mübarizə aparan ailə üzvünü canlandırır.