“ERMƏNİSTANLA NORMALLAŞMA PROSESİNİ AZƏRBAYCANLA MÜZAKİRƏ EDİRİK”

0

“Ermənistanla normallaşma prosesini Azərbaycan dəstəkləyir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Azərbaycana son səfərində də Prezident İlham Əliyev normallaşma prosesini dəstəklədiyini bildirib.

“Biz bütün addımlarımızı Azərbaycanla müzakirə edirik. Savaş bitəndən sonra mühüm addımlar atılmalıdır. Ermənistan da bizimlə eyni fikirdə olsa, onlarla razılaşmalar mümkündür. Xüsusi nümayəndələrimiz var. Onlar iki dəfə görüşüblər, mütəmadi olaraq telefonla danışırlar. Aviareyslər açılıb, ticarətdə bəzi addımlar atılır. Bizim etdiyimiz jestlər var. Dəmir və avtomobil yolları ilə bağlı çalışmalar var. Siyasi təmaslarımız davam edir”, – Çavuşoğlu qeyd edib.

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI MART SOYQIRIMI İLƏ BAĞLI PAYLAŞIM EDİB

Türk Dövlətləri Təşkilatı 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib. Təşkilatın tviter səhifəsində qeyd olunub:...

Bağla