TDT: 2023-CÜ İLDƏ TÜRK DÜNYASININ QƏLBİ ŞUŞADA DÖYÜNƏCƏK

0

“Türk dünyasının qəlbi 2023-cü ildə Şuşada döyünəcək. Bu, Şuşanı dünyaya tanıtmaq deməkdir”.

Bunu “Report”a Türk Dövlətləri Təşkilatı (TDT) Baş katibinin müavini Qismət Gözəlov deyib.

“Türk Dövlətləri Təşkilatı və onun dost qurumları,- TÜRKSOY, TürkPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu var. Gələn ildə mədəni tədbirlər Şuşada təşkil ediləcək və indi tədbirlərin planı hazırlanır. Eyni zamanda, Türk Dovlətləri Təşkilatı çərçivəsində 2023-cü ildə Azərbaycanda planlaşdırdığımız tədbirlərin bir hissəsini Şuşada keçiriləcək. Bu plan çərçivəsində konsert proqramlarının və digər proqramların Şuşada keçirilməsini nəzərdə tutmuşuq”, – o bildirib.

Onun sözlərinə görə, bu, həm də Şuşanı dünyaya tanıtmağa yönələcək: “Düşünürəm ki, 30 illik işgaldan sonra Suşa yenə türk mədəniyyətinin beşiyi kimi dünyaya səs salacaq. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində bizim Koordinasiya Şuramız var, oraya TDT, TÜRKSOY, TürkPA, Türk Mədəniyyəti və İrsi Fondu və Türk Akademiyası daxildir. Onlarla birlikdə Şuşanın tarixinin araşdirilması və mədəni irsi abidələrinin qorunması istiqamətində görüş və tədbirlər, nazirlər səviyyəsində isə biznes forumun keçirilməsi nəzərdə tutulur”.

Xatırladaq ki, TÜRKSOY Daimi Şurasının martın 31-də Bursa şəhərində keçirilən fövqəladə iclasında Şuşa türk dünyasının paytaxtı seçilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TOVUZDAKI MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz...

Bağla