QEYDİYYATDAN KEÇMİŞ 5 DİNİ İCMAYA ŞƏHADƏTNAMƏ TƏQDİM EDİLİB

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 5 dini icma rəhbərinə qeydiyyatdan keçmək haqqında şəhadətnamələr təqdim olunub.

Komitədən verilən xəbərə görə, tədbir iştirakçılarına Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdıran DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, milli-mənəvi, tolerantlıq dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağın, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyin önəminə toxunub. Eyni zamanda, dini icma sədrlərinə insanpərvərlik prinsipləri ilə ziddiyyət təşkil edən zərərli fikirlərin, hərəkətlərin qarşısını almaq, rəhbərlik etdikləri icmaların radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmək, ümummilli maraqlardan çıxış etmək tövsiyə olunub.

Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan indiyədək 980 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 943-ü İslam, 37-i isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QANALI QURAN HAFİZLƏRİNİN VİDEOSU 20 MİLYONDAN ÇOX İZLƏNİB – VİDEO

Afrika qanalı bir qrup hafizinin çəkdiyi və Tik-Tok şəbəkəsində paylaşdığı Quran oxuma videosu təqribən 21 milyon dəfə izlənib. Çəkilən videoda,...

Bağla