Səudiyyə Ərəbistanı krallığı bu il Həcc ziyarəti üçün qəbul ediləcək zəvvar sayını 1 milyona çatdıracağını açıqlayıb.
Səudiyyə Ərəbistanı Həcc nazirliyinin açıqlamasına görə bu il xaricdən də, 65 yaşından kiçik tam peyvəndli zəvvarlar qəbul ediləcək.
Həmçinin ölkəyə gələcək hər zəvvardan, son 72 saatda alınmış neqativ PCR test nəticəsi arayışı tələb olunacaq.
Bundan başqa nazirlik, zəvvarlardan ziyarət müddətində covid-19 pandemiyası tədbirlərinə riayət etməyi tələb edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı covid-19 pandemiyası səbəbindən 2020-ci ildə sadəcə ölkə daxilindən məhdud sayda zəvvarı Həcc ziyarəti üçün qəbul etmişdi. Ötən il də sadəcə 60 min zəvvar qəbul edilmişdi.