FRANSADA DAHA İKİ MƏSCİDİN FƏALİYYƏTİ DAYANDIRILDI

0

Fransada müsəlmanlara aid iki məscidin, insanların ibadət etməsi üçün əlverişli olmaması iddiası ilə fəaliyyəti dayandırılıb.

Yerli mətbuatın xəbərinə görə təhlükəsizlik komitəsi, “Salam əl-farisi” məscidi ilə “Rəbbinin adıyla oxu” vəqfinə aid məsciddə yoxlama keçirib.

Komitə, hər iki məscidin təhlükəsizlik baxımından uyğun olmadığı və ibadət üçün əlverişli olmaması barədə hesabat hazırlayıb.

Bu hesabatdan sonra bələdiyyə sədri Dorian Bekyu şəhərdəki 5 məsciddən 2-nin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Bələdiyyənin Fövqəladə hallar departamentinin sədri Erik Denoud, aparılan baxış zamanı təhlükəsizlik baxımından bəzi əskiklər müəyyən etdiklərini iddia edib. Sədr bildirib ki, lazımi təmir işləri aparılana qədər məbədlər bağlı qalacaq.  

Yerli müsəlman icması ramazan ayın məscid bağlamanın düzgün olmadığını bildirərək qərara etiraz ediblər.       

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏUDİYYƏ ƏRƏBİSTANI HƏCC ÜÇÜN 1 MİLYON ZƏVVAR QƏBUL EDƏCƏK

Səudiyyə Ərəbistanı krallığı bu il Həcc ziyarəti üçün qəbul ediləcək zəvvar sayını 1 milyona çatdıracağını açıqlayıb. Səudiyyə Ərəbistanı Həcc nazirliyinin...

Bağla