Türkiyənin xüsusi xidmət orqanları İraqda PKK-nın xüsusi təhlükəli terrorçusunu saxlayıb

0

Türkiyə təhlükəsizlik qüvvələri PKK terror təşkilatının xüsusilə təhlükəli üzvü Abdulkərim Yılmazı saxlayıb və ölkəyə təhvil verib.

“Anadolu” xəbər verir ki, terrorçu Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında keçirdiyi xüsusi əməliyyat nəticəsində ələ keçirilib.

2015-ci ildən axtarışda olan terrorçu Türkiyənin cənub-şərqindəki Hakkari vilayətinin Şemdinli bölgəsində PKK/KCK-nın fəaliyyətinə yardım etməkdə təqsirləndirilir.

Yılmaz axtarış siyahısına salındıqdan sonra qanunsuz olaraq İraq ərazisinə keçib.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FİL SURƏSİNİN TƏFSİRİ

Fil surəsi Qurani-Kərimin 105-ci surəsidir. Məkkədə nazil olmuşdur və 5 ayədən ibarətdir. Surə adını ilk ayədə keçən “fil” sözündən almışdır....

Bağla