AZƏRBAYCANDA DİNİ QURUMLARA MALİYYƏ YARDIMI AYRILIB – SƏRƏNCAM

0

Prezident İlham Əliyev “Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
17 RAMAZAN BƏDR QƏZVƏSİNİN İLDÖNÜMÜDÜR

Bədr döyüşü müsəlmanlarla Qureyş arasındakı ilk əhəmiyyətli döyüşdür. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Zül Uşeyraya hərəkət edərək mane olmaq istədiyi...

Bağla