2022-ci ilin Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanının Türkiyə üçün müəyyən etdiyi kvota açıqlanıb.
Bunu açıqlamasında Türkiyənin rəsmi dini komitəsi “Diyanet”in sədri Əli Erbaş bildirib.
“Biraz əvvəl ölkəmizdən 2022-ci ildə Həcc ziyarətinə gedəcək zəvvarların kvotası açıqlanıb. 2022-ci ilin Həcc ziyarətinə ölkəmizdən 37 770 qardaşımız gedəcək. Bu müjdəni sizə, Həccə getmək istəyənlərə sizin vasitənizlə çatdırmaq istəyirəm. İnşallah keçirəcəyimiz müşavirədən sonra ictimaiyyətə ətraflı məlumat verəcəyik.” – deyə Erbaş bildirib.
Xatırladaq ki, qlobal kovid-19 pandemiyası səbəbindən Səudiyyə Ərəbistanı iki ildir Həcc ziyarəti üçün əcnəbi zəvvar qəbul etmirdi.