ZAKİR HƏSƏNOV HULUSİ AKARA BAŞSAĞLIĞI VERİB

0

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Başsağlığında deyilir: “Qardaş Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pənçə Kilit” əməliyyatının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.

Şəhid olan hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLAHİYYAT İNSTİTUTU YENİ BİNAYA KÖÇÜR

“Azərbaycan İlahiyyat İnstitutunun yeni inzibati binası istifadə üçün tam hazırdır. Tədris prosesi davam etdiyindən dərslərə mane olmamaq şərtilə köçürülmə işləri...

Bağla