DANİMARKALI SİYASƏTÇİ POLİS NƏZARƏTİNDƏ QURANI YANDIRDI – VİDEO

0

Danimarkada radikal irqçi “Gərgin İstiqamət” (Stram Kurs) partiyasının lideri Rasmus Paludan, 30 polisin mühafizəsi ilə müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi yandırıb.  

Paludan törətdiyi bu təxribat əməlini videoya çəkərək sosial şəbəkələrdə və müxtəlif platformlarda paylaşıb.

Qeyd edək ki, Danimarka və İsveç vətəndaşlığı olan siyasətçi, ramazan ayı başladığından bəri İsveçin müxtəlif şəhərlərində əsasən müsəlmanların kompakt yaşadığı yerlərdə Qurani-Kərimi yandırıb.

Rasmus Paludan bu təxribat əməllərini törədərkən yerli polislə yanaşı həmin ölkələrin xüsusi xidmət orqanlarının mülki geyimli əməkdaşları onu mühafizə edib.

Paludanın bu il keçirdiyi bu təxribat hadisəsinə qarşı keçirilən aksiyalarda baş vermiş iğtişaşlarda 3 müsəlman aksiyaçı polisin silahından çıxan güllə ilə yaralanıb.

Xatırladaq ki, 2017-ci ildən bəri bu cür təxribat əməlləri törədən Paluda, 2021-ci ilin ramazan ayında 30 gün boyu əsasən məscidlərin yaxınlığında və müsəlmanların kompakt yaşadığı yerlərdə Qurani-Kərim yandırıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ TÜRKİYƏ ORDUSU XÜSUSİ MƏŞQLƏR KEÇİRİR – VİDEO

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının hərbi qulluqçularının iştirakı ilə silahlanmada olan müasir texnika və avadanlıqların tətbiqi ilə...

Bağla