Çox sayda fələstinli və əcnəbi müsəlman, ramazan ayının 27-ci gecəsi olan Qədr gecəsini əhya etmək üçün ötən gecə Məscidi-Əqsada toplaşıblar.
Bu barədə açıqlama yayan Qüds İslami vəqflər komitəsi, Məscidi-Əqsaya gələn müsəlman sayının təqribən 250 min olduğunu bildirib.
Məscidi-Əqsada açılan yer süfrələrində iftar edən müsəlmanlar, namaz, Quran tilavvəti və s. ibadətlərlə Qədr gecəsini idrak etməyə çalışıblar.
Həmçinin müqəddəs ramazanın son günlərini etiqafla keçirmək istəyən çox sayda müsəlman Məscidi-Əqsanın həyətində çadırlar qurublar.
Qeyd edək ki, İsrail polisi avtomobillərin girişinə izn vermədiyi üçün müsəlmanlar nəzarət-buraxılış məntəqələrindən Məscidi-Əqsaya piyada getməli olublar.
İordan çayının qərb sahilindən olan çox sayda fələstinli isə ümumiyyətlə Qüds şəhərinə buraxılmayıblar.