İngiltərənin paytaxtı London şəhərindəki böyük Trafalgar meydanında iftar süfrəsi açılıb. İftar proqramında müsəlman və qeyri-müsəlmanların olduğu 2 mindən çox insan iştirak edib.
Türkiyə əslli din xadimi Muhiddin Aydının oxuduğu axşam azanı ilə iftar edən müsəlmanlar, London bələdiyyə başçısı Sadiq Xanın iştrakı ilə axşam namazı qılıblar.
Burada ilk iftar süfrəsinin 2019-cu ildə açıldığını deyən Sadiq Xan, dünyanın ən bğyük meydanlarından birində oruc açmağın gözəl bir hiss olduğunu qeyd edib.
Sadiq Xan həmçinin bildirib ki, mayın 7-də günorta saat 12.00-dən axşam saat 19.00-a qədər meydanda ramazan bayramı qeyd ediləcək. London bələdiyyə başçısı bayram tədbirində İslam mədəniyyətinin, kulinariyasının, musiqisinin, folklorunun və s. nümayiş olunacağını deyib.