1.30 DƏQİQƏDƏ RİZE-ARTVİN HAVA LİMANININ TİKİNTİSİ – VİDEO

0

Bir neçə gün əvvəl Türkiyədə istifadəyə verilən Rize-Artvin hava limanının tikinti mərhələsini əks etdirən video sosial şəbəkədə yayılıb.

Sürətləndirilmiş video-çarxı Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu sosial şəbəkədəki şəxsi səhifəsində paylaşıb.

Qeyd edək ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır.

Rize şəhərinə 34, Artvin şəhərinə isə 125 kilometr məsafədə yerləşən bu aeroport Türkiyənin 58-ci hava limanıdır. Bu hava limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daşın tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri aparılıb. Rize-Artvin Hava Limanı ildə təxminən 3 milyon sərnişinə xidmət edəcək.

Müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir.

Ümumi sahəsi 3 milyon kvadratmetr olan Rize-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək.

Xatırladaq ki, Rize-Artvvin hava limanının mayın 14-də baş tutan açılış mərasimində Azərbaycan prezidenti cənab İlham Əliyev də iştirak edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HİNDİSTANDA MÜSƏLMANLARIN BİRLİKDƏ İBADƏTİNİ YASAQLAYAN QƏRAR LƏĞV EDİLDİ

Hindistanın şimal hissəsində yerləşən Qyanvapi məscidində müsəlmanların toplaşmasını və kütləvi ibadət etmələrini yasaqlayan qərar ləğv edilib. Yerli mətbuatın xəbərinə görə,...

Bağla