AZƏRBAYCANDA HƏCC ZİYARƏTİNİN TƏŞKİLİ QAYDALARINA DƏYİŞİKLİK EDİLİB

0

“Qafqaz Müsəlmanları İdarəsində Həcc ziyarətinin təşkili ilə məşğul olanlar var. İdarənin nümayəndələri Səudiyyə Ərəbistanına səfər etmişdilər və bu istiqamətdə danışıqlar aparılıb”.

Bunu “Report”un sualına cavab olaraq İdarənin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, koonavirus pandemiyası səbəbindən iki il ziyarətlə bağlı çətinliklər vardı: “Bu il üçün Azərbaycanda Həcc ziyarətinin təşkili ilə bağlı qaydalara müəyyən dəyişikliklər edilib. Nümayəndə heyəti Vətənə qayıtdıqdan sonra ətraflı məlumat veriləcək”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞUŞADA TÜRKDİLLİ DÖVLƏTLƏRİN DİNİ LİDERLƏRİNİN TOPLANTISI KEÇİRİLƏCƏK

Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. Sədrin sözlərinə görə,...

Bağla