Bütün dünyada məşhur olan türk futbolçu, Türkiyənin məşhur “Fenerbahçe” klubunun oyunçusu Mesut Özil social şəbəkədə cümə günü münasibəti ilə paylaşım edib.
Mesut Özil Ayasofiya məscidində müəzzinlərə məxus yerdə çəkdirdiyi fotosunu “Hayırlı cümalar, Jumma Mubarak” qeydi ilə tviter səhifəsində paylaşıb.
Özilin bu paylaşımı təqibçiləri tərəfindən də rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Mesut Özil ənənəvi olaraq hər həftə social şəbəkədəki şəxsi səhifəsində cümə günü münasibəti ilə paylaşım edir.