Fransada duru yağ qıtlığımım səbəbi kimi müsəlmanları göstərən “Leclerc” mağazalar şəbəkəsinin sahibi Mişel Eduard Leklerk müsəlmanlardan üzr istəyib.
Leklerk iştirak etdiyi televizia proqramında, müsəlmanların qurban bayramında qoyun qızartmaq üçün mağazalardan olan duru yağları aldığını iddia etmişdi.
Biznesmenin bu fikirlərinə qarşı müsəlmanlar kəskin etiraz etmiş, social şəbəkələrdə bu mağazalara embarqo tətbiq edilməsi üçün çağırışlar edilmişdi.
Bu etirazlardan sonra Mişel Eduard Leklerk müsəlmanlardan üzr istəyərək öz fikirlərini “həddini aşmaq” kimi dəyərləndirib.
“İsan həddini aşanda üzr istəməyi də bilməlidir.” – deyə fransız biznesmen təkrar iştirak etdiyi televiziya proqramında bildirib.
Qeyd edək ki, Mişel Eduard Leklerkin Fransada ümumilikdə 550 hiper marketi var.