Türkdilli dövlətlərin beyin mərkəzlərinin toplantısı Şuşada keçiriləcək

0

Türkdilli dövlətlərin beyin mərkəzlərinin növbəti toplantısı Şuşada keçiriləcək.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-də təşkil edilmiş, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılmasına həsr olunmuş “dəyirmi masa”da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, konfrans bu il iyulun 3-də baş tutacaq.

Xatırladaq ki, aprelin sonunda Şuşada “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq konfrans keçirilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 20-dən çox ölkədən 50-yə yaxın xarici beyin mərkəzinin ekspertləri, tədqiqatçı alimləri və media nümayəndələri iştirak ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Baş Qərargah rəisi TEKNOFEST Azərbaycanda nümayiş etdiriləcək texnikalara baxış keçirib

Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev "TEKNOFEST Azərbaycan" festivalının keçiriləcəyi əraziyə baş çəkib. "Report"...

Bağla