“ÜRƏYİMİZDƏ BİR ZAMAN YARA OLAN QARABAĞ QARDAŞLIĞIMIZIN ZİRVƏSİDİR”

0

“Bir millət, iki dövlət” olaraq Azərbaycan-Türkiyə qardaşlığı hər zaman sınaqdan çıxıb, hər dəfə əlaqələrimiz daha da möhkəmlənib.

Bunu Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının açılışında “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar deyib.

“1918-ci ildə Azərbaycana dəstək göstərən Qafqaz İslam Ordusu və Qarabağa xidmət edən türk mühəndisləri eyni amala, eyni məqsədə xidmət edirlər. Bizim də ürəyimizdə bir zaman yara olan Qarabağ həm də bizim qardaşlığımızın zirvəsidir”, – o bildirib.

Onun sözlərinə görə, çox tanınan bir atalar sözü var: “Dost yaman gündə tanınar. Ən yaman gün də daxil olmaqla hər zaman bir arada idik. Dünyada son günümüzə qədər də bir arada olmağa davam edəcəyik”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BİL və SİL!

İnternet, son dövrlər insan həyatının ayrılmaz bir parçasına çevrilib. Xüsusilə pandemiya və post pandemiya dövrlərində internetin insan həyatındakı aktuallığı daha...

Bağla