Azərbaycanla Türkiyə arasında iqtisadi tərəfdaşlığa dair sənəd imzalanıb.
Bununla bağlı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə paylaşım edib.
Paylaşılmda deyilir:
“Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla ölkələrimiz arasında sıx münasibətlərin ikitərəfli #iqtisadi əlaqələrin inkişafında rolu, kiçik və orta sahibkarlıq, sənaye, eləcə də standartlaşdırma və metrologiya sahələrində tərəfdaşlığın gücləndirilməsi üçün müştərək qurumların yaradılması barədə danışdıq. Qardaş ölkə ilə iqtisadi tərəfdaşlığımızın möhkəmlənməsi istiqamətində Anlaşma Memorandumu imzaladıq”.
Report