SELÇUK BAYRAKTAR YENİ HƏDƏFİNİ AÇIQLAYIB

0

Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar yeni hədəfini açıqlayıb.

Bayraktar nüfuzlu “Reuters” agentliyinə verdiyi müsahibədə yeni hədəflərinin uçan taksilər olduğunu deyib.

“Əsas hədəflərimizdən biri uçan taksi dronlardır. Hal-hazırda bunun üzərində işləyirik.  Bunun üçün süni intelekt əsaslı yüksək səviyyəli xüsusi bir texnologiya hazırlamalıyıq. Bu, şəhər daxili nəqliyyatda böyük inqlab olacaq.” – deyə Selçuk Bayraktar qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə Azərbaycanın hərbi gəmilərində yeni döyüş idarəetmə sistemi tətbiq edəcək

HAVELSAN şirkəti Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı Araşdırma Mərkəzi Komandanlığı ilə birlikdə hazırladıqları “Advent” Döyüş İdarəetmə Sistemini (SYS) Azərbaycanın yeni...

Bağla