Ərəb dilində “getmək, yönəlmək, ziyarət etmək” kimi mənaları ifadə edən həcc kəli-məsi, bir fiqh (İslam Hüququ) termini olaraq isə “imkanı olan hər bir müsəlmanın müəyyən bir zaman içində müəyyən məkanları ziyarət etməyi, bəzi dini vəzifələri yerinə yetirmək məqsədiylə etdiyi ibadət” mənasına gəlir.
Ziyarət edilməsi lazım olan yerlər Məkkədəki Kə`bə, Ərafat və onun ətrafıdır. Zamanı isə həcc ayları deyə adlandırılan Şəvval, Zilqa`də, Zilhiccə aylarıdır. Allah Təala Qu`ran-i Kərimdə belə buyurmuşdur: “İnsanlar üçün yer üzərində tikilən ilk ev, Məkkədə yerləşən mübarək və aləmlər üçün bir hidayət mənbəyi olan Kə`bədir. Orada açıq dəlillər vardır. Ibrahimin məqamı vardır. Kim oraya girərsə, təhlükəsizlik içində olar. Oraya getməyə gücü çatan hər kəsə Allah üçün Kə`bəni ziyarət edib, həcc etməsi fərzdir.” (Al-i İmran 3: 96, 97)
Həcc ziyarətinin şəriətə görə məqbul hesab olmasının şərtləri aşağıdakılardır:
– Bədən sağlığı: Buna görə xəstə, kor, təkbaşına səfərə çıxa bilməyən yaşlılara, məhbuslara və təhdid altında olan şəxslərə fərz deyildir.
– Lazımi maddi imkana sahib olmaq: Buna görə bir kimsəyə həccin fərz olması üçün, həcc müddətincə həm özünün, həm də himayəsi altında olan şəxslərin (ailəsinin) dolanışıq məsrəflərini təmin etmiş olması lazımdır.
– Yol təhlükəsizliyi: Alimlərin ümumi fikirlərinə görə şərtlərdən biri də yol təhlükəsizliyidir. Xüsusilə qadınların təkbaşına bu ziyarətə getmələri uyğun hesab edilməmişdir. Ancak güvənilən bir şərait olduğu təqdirdə gedə biləcəklərini də alimlər istisna etmirlər.
Həcc əslində mənəvi bir təcrübədir. Çünki İslamdaki digər bütün ibadətlərdə olduğu kimi həcc ibadətində də, əsas olan təslimiyyətdir. Başqa bir ifadə ilə həcc, bəzi dini vəya dünyəvi faydalar ilə yanaşı, xüsusi ilə Allah əmr etdiyi üçün edilən və edilməsi bir müsəlmana fərz olan bir iba-dətdir. Məhz ibadət və qulluğun doyulmaz həzzi burada gizlidir. Məsələn; insandaki egoizm hissini müəyyən qədər azaldaraq, başqalarının da onunla eyni olduğu şüurunu verən ibadətlərdəndir. Həcc, insanların biri-biri üzərində hakim olma hərisliyini rədd edən misallarla doludur. İnsanlar arasında bərabərlik şüurunun ən yüksək səviyyədə hiss olunduğu yer, Ərafat dağıdır.
Orada hər kəs sanki kəfənə bürünmüş vəziyyətdə bir darağın dişləri kimi eyni olmaq şüurunu feli olaraq yaşayırlar. Ərafat, məhşərin bir təmsilidir. Hər il təkrarlanan bu təmsildə vəzifəsi, sosial statusu və xarici görünüşün-dən asılı olmayaraq həccə gələn bütün müsəlmanlar, eyni geyim (ehram) tərzi ilə aralarında təqva xaric, heç bir üstünlüyün olmadığını açıqca göstərirlər. Ehramlı ikən bu şüur elə bir səviyyəyə çatır ki, artıq heç bir canlıya, hətta bir həşərata, bir bitkiyə belə zərər verməmə düşüncəsi hacının bütün hərəkətlərinə hakim kəsilir.
Həccin dini cəhəti ilə yanaşı, sosial cəhəti də mövcuddur. Həcc, İslam qardaşlığının canlı bir şəkildə özünü biruzə verdiyi yerdir. İrqləri, ölkələri, dilləri, rəngləri və mədəniyyətləri fərqli, ancaq imanları və könülləri bir milyonlarca insanın bir araya gəldiyi bu böyük gündə hacılar, möminlər dənizinin bir damlası ola bilmənin həzzini yaşayırlar. Necə ki, dənizi meydana gətirən su damlaları, dənizin bir parçası olduğu müddətcə bir-birlərindən ayrılmazlar və dənizdən sayılarlar və dənizin funksiyasını yerinə yetirərlər. Bu bənzətmədə olduğu kimi hacı da möminlər dənizində bir damla və möminlər dünyasının bir üzvü ola bilmək şərəfini, şərəflərin ən böyüyü bilmək və həqiqi mömin ola bilməyin xoşbəxtliyini yaşayar həcdə.
Həcc, insan ruhunu tamam dəyişdirə bilcək keyfiyyətdə bir ibadətdir. İnsanın həyatını həcdən əvvəl və həccdən sonra şəklində ikiyə ayıracaq qədər insanın hərəkətləri, davranışları ve təfəkkürü üzərində təsir qabiliyyətinə malik ibadətdir.
Həcc, möminin mənəvi dünyasını təzələməsi üçün çox dəyərli bir fürsətdir. Uca Allah bu fürsəti bir nemət olaraq vermişdir. “Kim Allah üçün həcc edər, pis söz və davranışlardan uzaq durar və günah işləməzsə; (qul haqqı xaric) anasının onu dünyaya gətirdiyi gündə olduğu kimi günahlardan təmizlənərək geri qayıdar.” hədisi, həccin möminin həyatında nə qədər də əhəmiyyətli bir dönüm nöqtəsi ola biləcəyini göstərir.
Həcc, insanın həyatında müsbət yöndə elə bir irəliləyiş göstərməli ki, o insanı tanıyanlar həcc ziyarətinin bu şəxs üzərində meydana gətirdiyi dəyişikliyi açıq-aşkar hiss etsinlər. Hacıdakı bu müsbət dəyişikliyi görənlər, həccə getməyə can atmalıdır. Bu səbəblə də hacıların xüsusilə də səhv başa düşüləcək hərəkət və davranışlardan uzaq olmaları lazım gəlir.
Kə`bənin ərtafında tavaf edən minlərcə müsəlman və onların bu mənzərəsi, bir qalaktikanın milayardlarla ulduzu ilə birgə hərəkətini xatırladır insana.
Allahın rizasından başqa bir niyyətlə edilən həcc də, turist səyyahətdən başqa bir şey deyildir. Həcc simvolik davranışlarala zəngin bir ibadətdir. Belə ki, Beytullahın (Kəbə) ətrafında təvaf etmək, Səfa və Mərvə təpələri arasında yürümək, Minada şeytanı daşlamaq, Ərafat dağında bir müddət durmaq; bu ibadətin əsas ünsürləri, bu sımvolların bir qismidir. Əgər bu saydığımız hərəkətləri qəlbimizlə də təsdiqləməzsək, əlbəttə bu ibadətimiz əksik qalacaqdır.
Həcc, qurban kəsmə ibadətinin canlı və həyəcanlı bir şəkildə yaşandığı bir məkandır. Beləliklə bu bayram, müsəlmanlar arasında sosial cəhətdən münasibətlərini gücləndirməklə yanaşı, maddi iq-tisadi cəhətdən də birbirləri ilə yardımlaşmağı da təmin edir.
Burada kəsilən qurbanlar müxtəlif ölkələrdəki fəqir, yoxsul və ehtiyac sahibi müsəlmanlara paylanır. Bu xüsusiyyət də Qur`an-i Kərimdə öz əksini tapmışdır. Allah (c.c) Hz. Peyğəmbərə xitab edərək belə buyurmaqdadır: “İnsanları həccə də`vət et ki, istər piyada olaraq, istərsə də uzaq yerlərdən müxtəlif vasitələrlə Sənə gəlsinlər. Onlar həm dünyəvi, həm də axirət mənfəətlərini görsünlər və təyin olunmuş günlərdə Allahın ruzi olaraq verdiyi heyvanları qurban edəcəkləri zaman Allahın adını ansınlar. Siz də onlardan yeyin, yoxsula və fəqirə yedirin” (əl-Həcc, 22:27, 28) Bu ayədən başa düşüldüyü kimi, həcc ziyarətində həm maddi və həm də mə`nəvi faydalar mövcuddur. Bu da təbbi olaraq hər bir ziyarətçinin yaşayış tərzinə və həyat anlayışının formalaşmasına öz tə`sirini göstərir.
Həcc eyni zamanda Allahın müsəlmanlara verdiyi bir ziyafətdir. Əlbəttə ki, ilahi ziyafətə gələn hər bir müsəlmanın diqqət yetirməsi lazımi xüsuslar mövcuddur. Bunlardan ilki tikişli paltarların giyilməməsi, insan fərahlıq verən və xoş gələn ətirlərin sürülməsi, saçları və dırnaqları kəsməmək, xanımıyla cinsi əlaqədən uzaq durmaq kimi bəzi davranışlardır. Bu yasaqlar ziyarətçi tərəfindən pozulduğu halda, o kimsə müəyyən cəzalara məruz qalır. Cəzalar, onu işləyənin hərəkət növündən asılı olaraq böyükbaş və kiçikbaş heyvan qurban kəsmək vəya sədəqə vermək şəklində müəyyənləşdirilir.
FUAD QULİYEV