Türk Dövlətlərinin Parlament Assambleyasının XII plenar iclası 27-29 aprel 2023-cü il tarixlərində İstanbulda keçiriləcək.
Ötən gün Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində TürkPA-nın XI plenar iclası keçirilib.
İclasda təşkilatın adı dəyişdirilərək Türk Dövlətlərinin Parlament Assambleyası adlandırılması qərara alınıb.
Görüşdə beynəlxalq təşkilatların nümayəndələri və TürkPA-ya üzv ölkələrin parlament nümayəndə heyətləri də iştirak ediblər.
Həmçinin iclasın əvvəlində TürkPA-ya sədrliyin Qazaxıstandan Qırğızıstana verilməsi mərasimi keçirilib.
Yekun olaraq TürkPA-nın 11-ci Baş Assambleyasının Çolpon-Ata Bəyannaməsi qəbul edilib.