Zəngilanda mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunur.
Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.
Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, şəhərin ümumi insan sayını nəzərə alaraq, yeni və daha böyük bir məscidin tikintisinə başlanılıb.