GECƏ KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

0

Ötən gün gecə saatlarında Kəlbəcər istiqamətində hərbi mövqelərimiz atəşə tutulub. Bu barədə Müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilir: İyulun 13-ü günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDİ MİNALARDAN TƏMİZLƏNİR

Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsinə başlanılıb. “Report” xəbər verir ki, bu barədə “gazeteKars” məlumat yayıb. Bildirilib ki, Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsini İsrail...

Bağla