Həcc ibadətinin fərzlərini yerinə yetirən zəvvarlar Pyğəmbər (ﷺ) şəhəri Mədinəi-Münəvvərəni ziyarət etməyə başlayıblar.
Məkkədən təqribən 450 km şimalda yerləşən Mədinəi-Münəvvərə (Aydınlıq şəhər) Hz. Muhamməd (ﷺ) və səhabələrinin hicrət etdiyi bölgədir.
Mədinəyə gedərək, Peyğəmbərimizin (ﷺ) tikintisində şəxsən iştirak etdiyi Məscidi-Nəbəvini ziyarət edən zəvvarlar onun mübarək qəbri-şərifini salamlayırlar.
Burada peyğəmbərin (ﷺ) xəlifələri Hz. Əbu Bəkrlə Hz. Öməri (ra) salamlayan zəvvarlar daha sonra “Cənnəti-Bəqi” qəbristanında bəzi Əhli-Beyt üzvlərinin və səhabələrin qəbirlərini ziyarət edirlər.
Mədinə şəhərinin yaxınlığında yerləşən Uhud şəhidlərinin uyuduğu məzarlıq da bölgənin önəmli ziyarət mərkəzlərindən biridir.