TÜRKİYƏDƏ 251 ŞƏHİD ÜÇÜN 251 XƏTM OXUNACAQ

0

Türkiyədə uğursuz dövlət çevrilişinin il dönümündə, Demokratiya və Milli Birlik günündə 251 şəhid üçün 251 Quran xətmi oxunacaq.

İslamveirfan.com xəbər verir ki, bu barədə Türkiyə Vəqflər idarəsi bəyanat yayıb. Bəyanatda bildirilir ki, 82 vilayətdəki məscidlərdə 15 iyul 2016-cı ildə dünyasını dəyişən şəhidlər üçün 251 din xadimi tərəfindən 251 mövlud oxunacaq. Həmçinin 2 min 520 şagirdin iştirakı ilə Qurani-Kərim 251 dəfə başdan sona qədər xətm ediləcək.

Bəyanatda, bəzi vilayətlərdəki məscidlərdə şəhidlərin ruhu üçün ehsan süfrələrinin açılacağı qeyd edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ TERRORÇULARA QARŞI QAZANILAN QƏLƏBƏNİN İLDÖNÜMÜDÜR

Türkiyədə uğursuz hərbi dövlət çevrilişi cəhdindən 6 il ötür. 2016-cı il 15 iyul tarixində hərbi formalı bir qrup terrorçu Türkiyədə...

Bağla