Səudiyyə Ərəbistanının Məkkə şəhərində Həcc mövsümü başa çatıb və Ümrə ziyarətləri üçün bu gündən viza müraciətləri başlayır.
Bu barədə Səudiyyə Ərəbistanı krallığının Həcc və Ümrə Nazirliyi açıqlama yayıb. Açıqlamada, Məkkədə Ümrə üçün, Mədinədə Məscidi-Nəbəvi ziyarəti üçün bütün ölkələrdən müraciətlərin qəbul edildiyi qeyd edilib.
“Həm ölkə daxilindən, həm ölkə xaricindən 2022-ci il 30 iyul tarixindən Ümrə ziyarətləri başlayacaq.” – deyə açıqlamada bildirilir.
Xatırladaq ki, qlobal pandemiya səbəbindən Səudiyyə Ərəbistanı 2020 – 2021-ci illərdə ölkə xaricindən zəvvar qəbul etməmişdi. Bu Həcc mövsümü üçün isə krallıq ölkə daxilindən və ölkə xaricindən 1 milyon zəvvar qəbul edəcəyini açıqlamışdı.