Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 22 781 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il iyun ayının 1-i vəziyyətinə 10 milyon 179 min 147 nəfərə çatıb.
Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.