Almaniyanın Stutqart şəhərindən Türkiyənin Qaziantep vilayətinə gəzməyə gedən 20 yaşlı Fabiyenne Doris Bettirger İslam dinini qəbul edib.
Bu baqsədlə Qaziantep vilayət müftiliyinə müraciət edən Bettirger burada kəlimeyi-şəhadət gətirərək müsəlman olub.
Müftilik tərəfindən Qurani-Kərim və başqa dini kitablar hədiyyə edilən Bettirger, müsəlman olduqdan sonra sanki üzərindən böyük bir yük qalxdığını deyib.
“Çox böyük bir rahatlığa qovuşdum. Uzun müddətdir müsəlman olmaq istəyirdim. Heç kim mənə heç nə deməyib. Bu mənim öz seçimimdir. Çünki İslam gözəl bir dindir. Müsəlman olanda özümü saxlaya bilməyib ağladım.” – deyə Fabiyenne Doris Bettirger bildirib.