Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləzizin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olan Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ümrə ziyarətini də həyata keçirib.
İslamveirfan.com xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, prezident Tokayev Ciddə şəhərindəki rəsmi təmasları başa çatdıqdan sonra Məkkəyə gedərək ümrə ziyarəti gerçəkləşdirib. Xəbərdə həmçinin bildirilir ki, Tokayev müqəddəs Kəbəi-Şərifin içinə də daxil olub.