Səudiyyə Ərəbistanı Krallığının rəsmiləri, dünyanın ən böyük video paylaşımı platformu You-Tubedan islami və cəmiyyət dəyərlərinə zidd olan reklamların yığışdırılmasını tələb edib.
Səudiyyə Ərəbistanı Audiovizual Media Baş İdarəsi ilə Rabitə və İnformasiya Texnologiyaları Komissiyasının yaydığı müştərək bəyanatda, krallığın You-Tube istifadəçilərinə; ölkənin mətbuat qaydalarına, həmçinin islami və cəmiyyət dəyərlərinə zidd reklamlar nümayiş olunduğunun müaəyyən edildiyi bildirilib.
Yotu-Tubedan həmin reklamların yığışdırılmasını tələb edən Audiovizual Media Baş İdarəsi ilə Rabitə və İnformasiya Texnologiyaları Komissiyası, əks təqdirdə qanuni yollara müraciət edəcəklərini qeyd edib.
Anadolu