“PENÇE-YILDIRIM” BÖLGƏSİNDƏ 5 NƏFƏR ŞƏHİD OLUB

0

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Şimali İraqda terrorçulara qarşı həyata keçirdiyi “Pençe-Yıldırım” əməliyyatında 1 hərbçi ilə 4 mühafizəçi şəhid olub.

İslamveirfan.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu sosial şəbəkədə məlumat paylaşıb.

“Pençe-Yıldırım bölgəsində qəhraman hərbçimiz Remzi Nişan ilə qəhraman mühafizəçilərimiz Bülent Vermez, Kemal İmece, Avdi Demir, Veysi Sebik terrorçuların silahlı hücumu nəticəsində şəhid olmuşdur. Şəhidlərimizə Allahdan rəhmət,ailələrinə və əziz millətimizə başsağlığı diləyirəm.” – deyə nazir paylaşımında bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“İSLAMA ZİD REKLAMLARI YIĞIŞDIRIN, ƏKS TƏQDİRDƏ…”

Səudiyyə Ərəbistanı Krallığının rəsmiləri, dünyanın ən böyük video paylaşımı platformu You-Tubedan islami və cəmiyyət dəyərlərinə zidd olan reklamların yığışdırılmasını tələb...

Bağla