Pandemiya şərtləri nəzərə alınaraq məhərrəmlik ayinləri tibbi qaydalara uyğun olmalıdır

0

QMİ qazılar şurası yerlərdəki nümayəndələrinə məhərrəmlik ayinləri ilə əlaqədar müraciət edib.

“QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Özəlliklə, son günlər pandemiyanın artım tendensiyasını nəzərə alaraq, məhərrəmlik ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr görülən tədbirlər barədə hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏHƏRRƏM AYINDA QAN VERMƏ AKSİYASI KEÇİRİLƏCƏK

“Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və s. şəriətə...

Bağla