SƏUDİYYƏLİ DİPLOMAT ÖLÜM BARƏDƏ DANIŞARKƏN VƏFAT EDİB

0

Səudiyyəli diplomat Məhəmməd Əl-Qəhtani çıxış edərkən qəflətən ölüb.

“Report” “tahiamsr.com”a istinadən xəbər verir ki, hadisə Misirin paytaxtı Qahirədə baş verib.

Bildirilib ki, Səudiyyə Ərəbistanının tanınmış diplomatı Məhəmməd əl-Qəhtani Sərhəd Mühafizəsi evində keçirilən Ərəb-Afrika Konfransında çıxış edərkən dünyasını dəyişib.

Həkimlər ilkin tibbi yardım göstərməyə çalışsa da, diplomatın həyatını xilas etmək mümkün olmayıb.

M.Əl-Qəhtani ölərkən həyat yoldaşı yanında olub.

Diplomatın son sözləri isə belə olub: “Harada olursunuzsa olun, ölüm sizi tapacaq. Sağlam qəlblə Allaha qovuşmuş kəslərdən başqa heç kəs üçün heç bir məqam və dəyər yoxdur”.

Tədbir diplomatın ölümü ilə əlaqədar ləğv edilib. Əl-Qəhtani tədbirdə çıxışı zamanı Misir, Səudiyyə Ərəbistanı və BƏƏ prezidentləri və kralları haqqında danışıb. O, Səudiyyə kralı Salman ibn Əbdüləziz Əl Səudu böyük insan adlandırıb: “Onun hökmranlığı dövründə ölkə terrorizm və digər problemlərdən xəbər tutmayıb”.

https://fb.watch/eP9lYqbaXp/

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AŞURA İLƏ ƏLAQƏDAR QAN VERMƏ AKSİYASI KEÇİRİLİR

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) Aşura ilə əlaqədar qanvermə aksiyası barədə məlumat yayıb. TƏBİB-dən "Report"a bildirilib ki, Birliyin tabeliyində...

Bağla