AZƏRBAYCAN İSLAMİADADA 56 ÖLKƏ ARASINDA 5-Cİ PİLLƏYƏ YÜKSƏLİB

0

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 6-cı yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 13-ə yüksəlib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, medallardan 5-i qızıl, 5-i gümüş, 3-ü bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 5-ci pillədə yer alıb. İlk 4 pillədə medal əyarında müvafiq olaraq, Türkiyə 54 (22 qızıl, 18 gümüş, 14 bürünc), İran 27 (8 qızıl, 12 gümüş, 7 bürünc), Qazaxıstan 15 (6 qızıl, 1 gümüş, 8 bürünc) və Özbəkistan 23 (5 qızıl, 6 gümüş, 12 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən yarısı – 28 ölkə medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 4 növdə – güləş (3 qızıl, 2 gümüş, 1 bürünc), taekvondo (1 qızıl, 1 gümüş, 2 bürünc), atletika (1 qızıl, 1 gümüş) və idman gimnastikasında (1 gümüş) əldə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏUDİYYƏLİ DİPLOMAT ÖLÜM BARƏDƏ DANIŞARKƏN VƏFAT EDİB

Səudiyyəli diplomat Məhəmməd Əl-Qəhtani çıxış edərkən qəflətən ölüb. “Report” “tahiamsr.com”a istinadən xəbər verir ki, hadisə Misirin paytaxtı Qahirədə baş verib....

Bağla