İngiltərənin Tonton şəhərindəki məktəblərdən birində təhsil alan şagirdlər müəllimlərinin müşayiəti ilə şəhərdəki məscidi ziyarət ediblər.
Somerset Turkish Community Taunton Diyanet məscidinə olan ziyarət “Məscidi və islamı tanımaq” layihəsi çərçivəsində baş tutub.
Məlumata görə, bu layihə çərçivəsində 4-cü və 6-cı siniflərdə oxuyan 120 şagird məscidə 2 dəfə ziyarətə gediblər.
Ziyarət vaxtı din xadimi Rəcəb Cankal şagirdlərə İslam dini və bölgədə yaşayan türklər barədə məlumat verib.
Tədbirdə azan da oxuyan din xadimi daha sonra şagirdlərin İslam dini barədə suallarına cavab verib.
Tədbiri təşkil edən müəllimlər məscid ziyarətlərinin bundan sonra da davam edəcəyini deyiblər.