“XOCALI CƏLLADI” KİMİ TANINAN ERMƏNİ GENERAL ÖLDÜ

0

Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb.

Bu barədə “Report” erməni mətbuatına istinadən xəbər verir.

Seyran Saroyan 90-cı illərdə Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 1993-2007-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin alayın, briqadanın, 2-ci ordu korpusunun, sonra isə 4-cü korpusun komandiri olub.

Qeyd edək ki, erməni generalı Seyran Saroyan Qarabağda müharibə zamanı azərbaycanlı hərbi əsirlərə və dinc əhaliyə qarşı xüsusi amansızlığı ilə seçilib.

“Xocalı qatili” kimi tanınan general Seyran Saroyanın səhətti pisləşdiyindən Belarusa aparılmışdı. Onun artıq yeriyə bilmədiyi və ayaqlarının tutulduğu deyilirdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN ƏHALİSİNİN SAYI AÇIQLANIB

Azərbaycan əhalisinin sayı açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Belə ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 29418 nəfər...

Bağla