“BAYKAR” ÜÇ İLLİK PUA SİFARİŞİ ALIB

0

“Bayraktar TB2” və “Bayraktar Akıncı” pilotsuz uçan aparatlarının istehsalı ilə məşğul olan Türkiyənin “Baykar” şirkəti ayda 20 pilotsuz təyyarə istehsal etmək gücünə malikdir və üç illik sifariş ehtiyatına malikdir.

“Report” xəbər verir ki, bu barədə Bloomberg agentliyinin materialında deyilir.

Qeyd olunub ki, hazırda Türkiyənin pilotsuz təyyarə istehsalçısı yalnız Ukraynadan gələn sifarişlərə fokuslanıb. Bildirilib ki, Bayraktar Kizilelma adlı pilotsuz döyüş təyyarəsi layihəsi üzərində də çalışan şirkət istehsal gücünü daha da artırmaq istəyir və Ukraynadakı zavodla buna nail olacağına ümid edir.

Türkiyənin “Bayraktar” hücum pilotsuz təyyarələrinin istehsalı zavodu 2023-cü ilin sonunda Ukraynada fəaliyyətə başlaya bilər. Tikintiyə başlamaq üçün artıq hazırlıq işlərinə başlanılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ORTA ASİYANIN ƏN BÖYÜK MƏSCİDİ İBADƏTƏ AÇILDI

Orta Asiyanın ən böyük məscidi Qazaxıstanın  Nur Sultan şəhərində ibadətə açılıb. 35 min nəfərin eyni anda ibadət edə biləcəyi “Böyük...

Bağla