BASQALIN TARİXİ MƏSCİDİ BƏRPA OLUNACAQ

0

Basqalın tarixi məscidi bərpa üçün hazırlanır.

Bunu Dövlət Turizm Agentliyinin baş memarı Nizami Qasımzadə deyib.

O bildirib ki, hazırda arxeoloji qazantılar aparılır:

“Layihələndirilmədə bütün bunlar nəzərdə tutulmalıdır. Yaxın günlərdə bərpa işlərinə başlanılacaq. Eyni zamanda Basqalın digər məscidi də bərpa olunacaq”.

Nizami Qasımzadə onu da bildirib ki, məqsəd təkcə bərpa deyil, eyni zamanda yeni iş yerlərinin də açılmasıdır:

“Sənətkarlığı təşfiq edəcəyik, müxtəlif emalatxanalar fəaliyyət göstərəcək. Eyni zamanda ipək kəlağayıların da istehsalı üçün addımlar atılacaq. Bundan başqa, kənd evlərinin turistlərin istifadəsinə təklif olunması üçün də əhaliyə şərait yaradılacaq. Bu işlər aparıldıqdan sonra Basqal camaatı kifayət qədər sayda iş yerləri ilə təmin olunacaq”.

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“BAYKAR” ÜÇ İLLİK PUA SİFARİŞİ ALIB

“Bayraktar TB2” və “Bayraktar Akıncı” pilotsuz uçan aparatlarının istehsalı ilə məşğul olan Türkiyənin “Baykar” şirkəti ayda 20 pilotsuz təyyarə istehsal...

Bağla