“Türkiyədə cəmi 124 terrorçu qalıb. Onların təxminən 11-12 nəfərinin ayaq üstə dura biləcək halı yoxdur”.
Bunları Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
“Onlar çox güclü mühasirədədirlər. Təkcə ölkədə 767 yüksək rütbəli, 51 “qırmızı”, 34 “mavi”, 37 “yaşıl”, 107 “narıncı”, 75 “boz” kateqoriyalı və 163 icraçı terrorçunu zərərsizləşdirdik. Bu il Türkiyədə 1-i “qırmızı” olmaqla 36 xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib”, – nazir vurğulayıb.
Süleyman Soylu vurğulayıb ki, 29 oktyabr 2023-cü ildə Türkiyənin daxilində heç bir terrorçu qalmayacaq.
Nazirin sözlərinə görə, ABŞ terrorçulara yardım edir. O, vurğulayıb ki, Birləşmiş Ştatlar son 3 ildə PKK/PYD-yə 2 milyard dollar yardım göstərib.
Report