Dincəlmək üçün Terkiyənin Elazığ vilayətinə səyahət edən 85 yaşlı fransalı Emile Zehnder burada müsəlmanlığı qəbul edib.
Burada müsəlman mühitin üzərinə xoş əhval-ruhiyyə bəxş etdiyi Zehnder İslam dinini araşdırmağa başlayıb.
Daha sonra müsəlman olmağa qərar verən 85 yaşlı fransız Elazığ vilayət müftiliyinə müraciət edib.
Müftilikdə Zehnder üçün ihtida mərasimi keçirilib və o, şahidlərin qarşısında kəlimeyi-şəhadət gətirərək müsəlman olub. Müsəlmanlığı qəbul edən Emile Zehnder adını da Emin olaraq dəyişdirib.
Vilayət müftiliyinin nümayəndəsi Özer Cömert Zehnderə İslam dini barədə məlumat verib, ona dini kitablar və Qurani-Kərim hədiyyə edib, həmçinin verdiyi bu qərar münasibətilə onu təbrik edib.